“Türk dilini Azərbaycanda öyrəndim“

İngiltərənin ən tanınmış futbolçu və məşqçilərindən olan Toni Adams Türkyə mətbuatına müsahibəsində Azərbaycanı xatırlayıb.

Bir müddət "Qəbələ" komandasını çalışdırmış T.Adams "Habertürk"ə müsahibəsində türkcə danışmaqla müxbiri təəccübləndirib.

Mütəxəssis jurnalistin "Türk dilini harada öyrənmisiniz" sualına cavabında belə deyib:

"Türk dilini Azərbaycanda öyrəndim. Orada on səkkiz ay "Qəbələ" futbol klubunu çalışdırdım. Klubun aşağı yaş komandalarında Türkiyəli məşqçilər işləyirdi – onlarla ünsiyyətdə türkcə öyrəndim…"//sportliqa.az//

AzNews.az