- Köhnə - İdman
- 6 İyul 2013 19:39
- 2 626
“Qəbələ” yeni baş məşqçisini təqdim etdi
Martinesin təqdimat mərasimi Qəbələdə baş tutub. Klubun boks bölməsinin rəhbəri Fariz Məmmədov təcrübəli mütəxəssislə hələlik 1 illik müqavilə bağladıqlarını deyib. Onun sözlərinə görə, Martines bu müddətdə yaxşı nəticələr göstərsə, müqavilə müddəti uzadıla bilər: "Cəmi 5 aydır yaradılan boks bölməmizin baş məşqçisi çox təcrübəlidir. Əvvəllər Azərbaycan mili komandasının da məşqçisi olub. Martines karyerası ərzində 3 olimpiya çempionu yetişdirib".
Baş məşqçi isə bildirib ki, əsas hədəfi millimiz üçün yüksək səviyyəli boksçular yetişdirməkdir: "Məqsədimiz Bakıda keçiriləcək 2015-ci il Avropa Oyunları və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ən azı 3-4 boksçumuzun yer almasına nail olmaqdır".
Qeyd edək ki, Lazaro Himenes Martinesin ilk ciddi sınağı iyulun 7-də olacaq. Sabah "Qəbələ" eyniadlı rayonun Olimpiya Kompleksində Türkiyənin "Fənərbağça" boks komandasını qəbul edəcək.
AzNews.az