Türk futbolçu üçün 50 milyon dollar- Təklif

"Mançester Yunayted" "Real-Madrid" və Almaniya milli yığmasının futbolçusu Mesut Özilə elçi düşüb.

İngilis klubu məşhur türk oyunçuya görə Real Madridə 50 milyon dollar təklif edib.

İspaniya televiziya proqramlarının birində şərhçi Ciro Lopezin dediyinə görə, Mançester Yunaytedin texniki direktorunun da Mesutu çox istədiyini deyib.

Əlavə olaraq bildirib ki, klub da, futbolçu da bu təklifi normal qarşılayıb. (anspress)

AzNews.az