MOK-un yeni prezidentinin adı açıqlandı

Sentyabrın 10-da Argentinanın paytaxtı Buenos – Ayresdə Beynəlxalq Olimpiya Komitəsi (MOK) gizli səsvermə yolu özünün yeni prezidentini seçib. Tomas Bax Beynəlxalq Olimpiya Komitəsinin yeni prezidenti oldu.

Lent.az-ın "RİA Novosti"-yə istinadən məlumatına görə, qurumun 125-ci sessiyasında keçirilən gizli səsvermənin nəticələri açıqlandıqdan sonra bu bəlli olub.

Qurumun prezidentliyi uğrunda Tomas Baxla (Almaniya) yanaşı, Sergey Bubka (Ukrayna), Çinq-Kuo Vu (Tayvan), Riçard Karrion (Puerto-Riko), In Ser Mian (Sinqapur) və Denis Osvald (İsveçrə) iddia edib.

Seçildikdən sonra o, göstərilən etimada görə hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, alman hüquqşünas 1976-cı ilə olimpiadasında qılıncoynatma üzrə qızıl medal qazanıb.


AzNews.az