Azərbaycan- Rusiya oyununa bilətlər satışa çıxarıldı

2014-cü ildə Braziliyada keçiriləcək Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası son iki oyununu - oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə "Bakcell Arena"da keçirəcək.

Trend-in məlumatına görə, bunu nəzərə alan AFFA bilet satışında yeni kampaniyaya start verib. Belə ki, biletlərin müəyyən hissəsi güzəştli şərtlərlə olacaq və 2 oyuna bir bilet satılacaq. Bu kampaniyadan faydalanmaq istəyən azarkeşlər sektorundan asılı olaraq 10 və 12 manata 2 oyun üçün (Azərbaycan - Şimali İrlandiya və Azərbaycan - Rusiya) bilet əldə etmək hüququ qazanacaqlar. Biletlərin qalan hissəsi isə hər oyun üçün ayrılıqda satılacaq (biletlərin qiyməti ilə aşağıdakı cədvəldə ətraflı tanış ola bilərsiniz) .

Qeyd edək ki, yeni kampaniyaya bilet satışına başlayan gün - sentyabrın 20-də, saat 12:00-da start veriləcək. Biletləri "Bakcell Arena"nın kassalarından, Park Bulvar Alış-Veriş və 28 MaIl Ticarət mərkəzlərindən ala bilərsiniz.

Kateqoriyalar

Azərbaycan - Şimali İrlandiya - I kateqoriya 6 AZN, II kateqoriya 4 AZN, VİP 50 AZN
(tək bilet)

Azərbaycan - Rusiya - I kateqoriya 10 AZN, II kateqoriya 8 AZN, VİP 100 AZN
(tək bilet)

AzNews.az