Çempionlar Liqasında II turun oyunlarının nəticələri

Ötən gün Çempionlar Liqasında II turun qarşılaşmalarına start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarının komandaları meydana çıxıblar.

"Barselona" Şotlandiyada "Seltik"in qonağı olub. Kataloniyalılar ikinci hissədə vurduğu yeganə qolla 3 xal qazana bilib.

"Atletiko" isə Portuqaliyada "Porto" ilə üz-üzə gəlib. Rəqibin erkən qolu ilə oyuna məğlub başlayan "Land of fire Azerbaijan" formalı klub ikinci hissədə sevinə bilib. Madridlilər əvvəl Qodinlə, sonra Arda Turanla fərqlənib.

Londondakı "Arsenal" - "Napoli" matçında isə Məsut Özil komandasını qələbəyə daşıyıb. Almaniya millisinin türk əsilli futbolçusu bir qol, bir də qol pası ilə ingilislərə 3 xal qazandırıb.

Çempionlar Liqası
II tur
1 oktyabr

E qrupu
"Styaua" (Rumıniya) - "Çelsi" (İngiltərə) - 0:4
QOL: Ramires, 20, 55, Georgievski, 44 (avtoqol), Lampard, 90

"Bazel" (İsveçrə)- "Şalke" (Almaniya) - 0:1
QOL: Draksler, 54

F qrupu

"Borussiya" (Dortmund, Almaniya) - "Marsel" (Fransa) - 3:0
QOL: Levandovski, 20, 79 (pen.) Reus, 52

"Arsenal" (İngiltərə) - "Napoli" (İtaliya) - 2:0
QOL: Məsut Özil, 8, Jiru, 15

G qrupu

"Zenit" (Rusiya) – "Austriya" (Avstriya) - 0:0

"Porto" (Portuqaliya) - "Atletiko" (İspaniya) - 1:2
QOL: Martines, 16 - Qodin, 58, Arda Turan, 86

H qrupu
"Ayaks" (Hollandiya) - "Milan" (İtaliya) - 1:1
QOL: Densvil, 90 - Balotelli, 90 (pen.)

"Seltik" (Şotlandiya) - "Barselona" (İspaniya) - 0:1
QOL: Fabreqas, 76
Qırmızı vərəqə: Broun, 59 ("Seltik" )


2 oktyabr
A qrupu
23:45. "Şaxtyor" (Ukrayna) - "Mançester Yunayted" (İngiltərə)
23:45. "Bayer" (Almaniya) - "Real Sosyedad" (İspaniya)

B qrupu
23:45. "Real" (İspaniya) - "Kopenhagen" (Danimarka)
23:45. "Yuventus" (İtaliya) - "Qalatasaray" (Türkiyə)

C qrupu
23:45. "Anderlext" (Belçika) - "Olimpiakos" (Yunanıstan)
23:45. PSJ (Fransa) - "Benfika" (Portuqaliya)

D qrupu
21:00. MOİK (Rusiya) – "Viktoriya" (Çexiya)
23:45. "Mançester Siti" (İngiltərə)– "Bavariya" (Almaniya)

AzNews.az