Kliçko-Povetkin qarşılaşmasının bileti 20 min dollara




Ukraynalı boksçu Vladimir Kliçko ilə rus boksçu Aleksandr Povetkin arasında keçiriləcək qarşılaşmanın biletləri "qara bazar"da rekord qiymətə satılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, oktyabrın 5-də Rusiya paytaxtında keçiriləcək Kliçko-Povetkin qarşılaşmasının biletlərinin rəsmi qiyməti 200 ABŞ dolları olsa da, "qara bazar"da biletlər 20 min dollara satılıb.

Dünya WBA çempionu rus boksçu Aleksandr Povetkinlə WBA super çempionu, IBF ve WBO dünya çempionu ukraynalı Vladmir Kliçko rinqdə güclərini sınayacaq. Qarşılaşmaya boks həvəskarları tərəfindən böyük maraq var.

Rusiya Peşəkar Boks Federasiyası prezidentinin köməkçisi Andrey Ryabinski biletlərin "qara bazar"da 12-20 min dollara satıldığını söyləyib. Ryabinski rinqə yaxın olan hissədə yerlərin satışa çıxarılmadığını da bildirib: "Rinqə yaxın olan yerlərə biletlər "qara bazar"da belə yoxdur. Bu biletlərə qiymət də müəyyənləşməyib".

Qeyd edək ki, Vladimir Kliçko keçirdiyi 63 rəsmi oyunun 60-da qalib gəlib, 3-də isə mğəlubiyyətə uğrayıb. Kliçko 52 dəfə rəqibinə nokautla qalib gəlib.

Aleksandr Povetkin isə keçirdiyi 26 qarşılaşmanın hamısında qalib olmağı bacarıb. O, keçirdiyi görüşlərin 18-də rəqibini nokaut vəziyyətinə salıb.

AzNews.az