Messinin transferi üçün - 250 milyon avro

İspaniyanın "Barselona" komandasının argentinalı ulduzu Lionel Messinin transferi üçün fantastik məbləğ - 250 milyon avro təklif edilib.
Lent.az-ın verdiyi məlumata görə, bu barədə "El Mundo Deportivo" qəzeti məlumat yayıb.
Qəzet bu ilin yayında "Adidas" şirkətinin sponsoru olduğu bir klubun Barselona rəhbərliyinə belə bir təklif etdiyini yazıb. "Adidas" həmin kluba transfer məbləğinin yarısını da ödəməyə hazır olduğunu bildirib. "Barselona" klubu ilə Lionel Messi arasında imzalanan müqaviləyə əsasən, 250 milyon avro müqabilində futbolçu sərbəst qalmaq hüququ əldə edir. "El Mundo Deportivo" yazır ki, Lionel Messi ailəsi ilə birlikdə Barselonada xoşbəxt bir həyatının olduğunu bildirərək transfer təklifini rədd edib.
Böyük Britaniya mətbuatı isə "Adidas" klubunun əzəli rəqibi olan "Nike" şirkətinin sponsoru olduğu "Barselona" klubunun formasını geyinən Lionel Messini transferini gündəmdən çıxarmadığını yazır. "Adidas" Lionel Messinin sponsoru olduğu Böyük Britaniyanın "Çelsi" və ya Almaniyanın "Bavariya" klubuna transferinə nail olmaq üçün transfer məbləğini yüksəldə bilər. Yaxın aylarda bu iki klubun Lionel Messinin transferi üçün "Barselona" rəhbərliyi ilə danışıqlara başlayacağı proqnozlaşdırılır.
Bu arada İspaniya mətbuatı yazıb ki, Lionel Messinin vergidən yayınma ilə bağlı məhkəməyə verilməsi futbolçunun "Barselona"dan "Bavariya", yaxud "Çelsi" komandasına keçməsi barədə qərar verməsinə səbəb ola bilər.

AzNews.az