İdman sahəsində ilin ən yaxşıları mükafatlandırıldı - FOTO

Bu gün Bakıda 2013-cü ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə Azərbaycanın dövlət rəsmiləri, Olimpiya çempionları və mükafatçıları, beynəlxalq idman yarışlarının qalibləri və mükafatçıları və digər qonaqlar iştirak ediblər.

2013-cü ilin yekunlarına görə ilin ən yaxşı məşqiçisi cüdo üzrə məşqçi Ağanağı Cəfərov, boks üzrə Yadigar Məmmədov, yunan-Roma güləşi üzrə İsmayıl Çöpsüyev, idman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə Azərbaycan Güləş Federasiyası, ilin ən yaxşı idman federasiyası kimi Azərbaycan Boks Federasiyası, ilin ən yaxsı idman cəmiyyəti kimi "Neftçi" İdman Sağlamlıq Mərkəzi, ilin ən yaxşı idman klubu kimi "Ümid" İdman Klubu və ilin ən yaxşı idman kompleksi kimi Kürdəmir Olimpiya İdman Kompleksi mükafatlandırılıb.

Daha sonra 2013-cü ilin yekunlarına görə ilin ən yaxşı idmançısı mükafatları təqdim olunub. Qızıl onluq adlanan siyahıya ilin ən yaxşı idmançısı, boks üzrə Avropa və dünya çempionu Məhəmmədrəsul Məcidov, cüdo üzrə dünya çempionu Elxan Məmmədov, boks üzrə dünya çempionu Cavid Çələbiyev, cüdo üzrə dünya çempionatının bürünc mükafatçısı Orxan Səfərov, sərbəst güləş üzrə dünya çempionatının gümüş mükafatçısı Qazyumov Xetaq *Ruslanoviç, boks üzrə Avropa və dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov, ağır atletika üzrə dünya çempionatının bürünc mükafatçısı Firudin Quliyev, takevando üzrə dünya çempionatının bürünc mükafatçısı Radim İsayev, karate üzrə dünya çempionu Rəfayel Ağayev və paralimpiya cüdo üzrə Avropa çempionu İlham Zəkiyev daxil olub.

2013-cü ilin yekunlarına görə ilin ən yaxşı idman kompleksi kimi Sərhədçi Olimpiya İdman Mərkəzi* mükafatlandırılıb. Bundan əlavə bir sıra mətbuat orqanlarına və jurnalistlərə də idman sahəsini işıqlandırmalarına görə mükafatlar təqdim edilib.(Trend)
image description image description image description image description image description image description