Azərbaycan yığması Almaniyaya məğlub oldu

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli yığma komandası "Avrobasket-2013"ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Elxan Əliyevin yetirmələri Bakıda, "Sərhədçi" idman kompleksində Almaniya yığması ilə qarşılaşıb və 68:85 hesabılə məğlub olub. Komandamızın heyətində ən məhsuldar oyunçu Çak Devis (31), qonaqlardan isə Lukka Stayger (18) olub.

Emin Abbasov
AzNews.az