Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının NƏTİCƏLƏRİ

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

AzNews.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 8 komanda yarımfinala doğru ilk addımını atıb.

6 ölkəni təmsil edən rəqiblərin bütün oyunları eyni saatda başlayıb. Bu mərhələdə hərəyə iki komanda ilə təmsil olunan İspaniya ilə Portuqaliyanın klublarının öz aralarındakı dueli də baş tutub. XXI əsrdə hərəyə 2 dəfə bu kuboku qazanan "Porto" və "Sevilya"nın Pireney derbisində meydan sahibləri daha güclü olub.

Bu ölkələri təmsil edən digər komandalar isə səfər sınağına çıxıb. "Benfika" Hollandiyada "Alkmaar"ın qonağı olub və minimal hesabla qələbə qazanıb. "Valensiya" isə mərhələnin nisbətən zəif təsiri bağışlayan "Bazel"in meydanında oynayıb və gözlənilmədən qapısından 3 cavabsız qol buraxıb. Fransada isə Avropada titulu olmayan "Lion" adlı-sanlı "Yuventus"u qəbul edib və minimal hesabla uduzub.

Avropa Liqası
1/4 final, ilk oyunlar

"Porto" (Portuqaliya) – "Sevilya" (İspaniya) - 1:0
Qol: Mangala, 31

"Alkmaar" (Hollandiya) – "Benfika" (Portuqaliya) - 0:1
Qol: Salvio, 48

"Lion" (Fransa) – "Yuventus" (İtaliya) - 0:1
Qol: Bonucci, 85

"Bazel" (İsveçrə) – "Valensiya" (İspaniya) - 3:0
Qol: Dalgado, 34; 38; Stocker, 90

AzNews.az