Tanınmış mütəxəssis “Xəzər Lənkəran”ı “yıxıb-sürüdü”

Tanınmış futbol mütəxəssisi Gəray Qarayev "XəzərLənkəran" futbol klubunu rəhbərliyini kəskin tənqid edib. AzNews.az xəbər verir ki, mütəxəssis klub rəhbərliyini tez-tez məşqçi dəyişməkdə qınayıb:

"Son 2-3 ildə "Xəzər Lənkəran" 5-6 məşqçi dəyişib. Amma görün klubda bir idarəçi dəyişibmi? Bu qədər baş məşqçinin hamısı pis ola bilməz axı. Mustafa Dənizli ağıllı məşqçidir. Ona görə də klub daxilindəki problemləri mətbuata açıb ağartmaz".

Qeyd edək ki, son günlər cənub təmsilçisinin türkiyəli baş məşqçisi Mustafa Dənizlinin istefa verəcəyi ilə bağlı xəbərlər yayılmaqdadır.

İntiqam Valehoğlu
AzNews.az