Xorvatiya üzərində qələbə, Ukraynaya məğlubiyyət

Şahmat üzrə kişilərdən və qadınlardan ibarət Azərbaycan milli yığma komandaları İstanbulda davam edən Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər. Altıncı tur çərçivəsində kişi qrossmeysterlərimiz Xorvatiya üzərində 3:1 hesabılə qələbə qazanıb. Belə ki, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov rəqiblərindən üstün olub, Rauf Məmmədovla Eltac Səfərli isə heç-heçə ilə kifayətləniblər.

Qadınlardan ibarət komandamıza gəlincə, Fikrət Sideyifzadənin yetirmələri Ukrayna millisinə 0,5:3,5 hesabı ilə məğlub oldular. Onu da qeyd edək ki, növbəti turda kişilərdən ibarət komandamız Rusiya yığması, qadın şahmatçılarımız isə Sloveniya ilə görüşəcəklər.

Emin Abbasov
AzNews.az