- Köhnə - İdman
- 25 May 2014 08:10
- 3 161
“Real“ 10-cu dəfə qalib oldu
![](https://www.aznews.az/storage/photos/real_madrid_250514s.jpg)
Avropanın ən nüfuzlu klub turnirinin həlledici görüşündə iki ispan komandası - Madridin "Real" və"Atletiko" komandaları üz-üzə gəlib.
"Land of fire Azerbaijan" formalı "Atletiko" Portuqaliyanın paytaxtı Lissabonda keçirilən oyuna yaxşı əhval-ruhiyyədə çıxıb. Oyun 1:0 "Atletiko"nun xeyrinə bitib. Oyunun 36-cı dəqiqəsində Dieqo Qodin vurduğu qolla komandasına üstünlük gətirib. Lakin "Real" təzyiqlərini artıraraq 90+3-cü dəqiqədə Ramosun qolu ilə oyuna tarazlıq gətirib.
Qaret Beyl əlavə vaxtda 111-ci dəqiqədə "Real"ın ikinci qolunu vurmaqla komandasının tarixinə imza atdı. Marsel 117-ci dəqiqədə "Real"ın üçüncü qolunu vurdu. 119-cu dəqiqədə Ronalda 11 metrlik zərbədən komandasının dördüncü qoluna imza atdı.
Xatırladaq ki, Dieqo Simeonenin komandası bu mövsüm La Liqanı qızıl medallarla başa vurub.
Qeyd edək ki, "Atletiko" indiyədək ÇL-ni qazanmayıb. "Real" isə bu titulu doqquz dəfə əldə edib.
AzNews.az