Üzgüçümüz London Paralimpiadasının finalında!

London Yay Paralimpiadası davam edir. Azerisport.az xəbər verir ki, turnirin altıncı yarış günündə Azərbaycan idmançılarından Natali Pronina növbəti sınağına çıxıb. O, 100 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə qüvvəsini sınayır.

Təsnifat mərhələsində Pronina 1:04.97 nəticə ilə üçüncü yeri tutub və bu, finala vəsiqə qazanmağı üçün ona bəs edib.

Xatırladaq ki, Pronina bir neçə gün öncə 400 m məsafəyə sərbəst növlə üzgülüçükdə uğur qazana bilməmişdi və beşinci yerlə kifayətlənmişdi. Amma ötən gün 200 metr məsafəyə kompleks növündə Pronina gümüş medal qazandı.

AzNews.az