- Köhnə - İdman
- 6 Sentyabr 2012 19:20
- 4 641
Pərviz Abdullayev dünyanın ən nüfuzlu yarışmasına vəsiqə qazandı

Bunu AzNews.az-a idmançının özü bildirib: "Dünən Hollandiyadan geri dönmüşəm. Orada keçirilən kikboksinq yarışmasında Türk əsilli Holland idmançısı Vahab Özdəmirə qalib gəldim. Bundan sonra Hollandiyanın "Superpro" klubu tərəfindən bəyənildim və "Ka1" yarışlarına vəsiqə qazandım". Qeyd edək ki, kikboksinq üzrə "Ka1" yarışmaları dünyanın ən nüfuzlu yarışlarından sayılır.
Bahadur Eyuboğlu
AzNews.az