• İdman
  • 11 Sentyabr 2012 08:32

Millimizin rəqibləri də oynayacaq

Məğlublar da meydana çıxacaq AzNews.az xəbər verir ki, futbol üzrə DÇ-2014-ün Avropa üzrə seçmə mərhələsinin oyunları çərçivəsində bu gün yığmamızın yer aldığı F qrupunda daha iki oyun keçiriləcək.

İlk oyununda Bakıda yığmamızla heç-heçə oynayan İsrail bu dəfə doğma divarlar arasında Rusiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Günün digər oyununda isə ilk turun məğlubları - Şimali İrlandiya və Lüksemburq qarşılaşacaq.

DÇ-2014-ün seçmə mərhələsi
Qrup mərhələsi
11 sentyabr

F qrupu

22:00. İsrail – Rusiya
23:45. Şimali İrlandiya – Lüksemburq

AzNews.az