Bolqar azarkeşlər Ermənistan yığmasını “qaraçı” adlandırdı

2014-cü il dünya çempionatının seçmə mərhələsində keçirilən Bolqarıstan – Ermənistan matçı qalmaqalla yadda qalıb.

Apasport.az saytının məlumatına görə, sentyabrın 11-də baş tutan görüşün gedişində yerli fanatlar rəqib komandanının ünvanına sərt fikirlər söyləyiblər. Belə ki, bolqarıstanlı azarkeşlər Ermənistan yığmasını qaraçı adlandırıblar.

Oyun başa çatandan sonra Ermənistan tərəfi bununla bağlı FİFA nümayəndəsinə rəsmi etiraz ərizəsi təqdim edib.

Qeyd edək ki, Bolqarıstan – Ermənistan matçı 1:0 hesabı ilə başa çatıb.

AzNews.az