- Köhnə - İdman
- 4 Sentyabr 2014 17:29
- 2 733
Bolqarıstan millisində pul davası

ANS PRESS-in məlumatına görə, milli komanda Avropa çempionatının final mərhələsinə yüksələcəyi təqdirdə BFS-dən 2,2 milyon mükafat tələb edib.
Lakin BFS bu tələbi yerinə yetirməkdən imtina edib. Yığma komandanın aparıcı simaları ilə BFS rəhbərliyinin görüşündə tərəflər ortaq məxrəcə gələ bilməyiblər.
UEFA Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan hər ölkənin Futbol Federasiyasına 5,5 milyon avro verəcək. Milli komanda da bu məbləğin qazanılmasında əsas pay sahibi olduğu üçün yerli Federasiya qarşısında belə tələblə çıxış edib.
Qərara alınıb ki, tərəflər Azərbaycanla oyundan sonra yenidən danışıqlar masası arxasına keçsinlər.
AzNews.az