Yarışlar üç günə yekunlaşacaq Yarışlar üç günə yekunlaşacaq

Gənclər Avropa çempionatında

Yarışlar üç günə yekunlaşacaq



AzNews.az xəbər verir ki, 21 sentyabrda Xorvatiyanın Porec şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı başlayacaq. Üç gün davam edəcək qitə birinciliyində ölkəmizi gənclərdən ibarət yığma komandamızın 11 üzvü - Rasim Əlməmmədov (55 kq), Mehman Sadıqov (55 kq), İsgəndər Talışinskiy (60 kq), Rəşad Rufullayev (60 kq), Musa Mehdiyev (66 kq), Cəlil Cəlilov (66kq), Afiq Səfərli (73 kq), Hüseyn Rəhimli (73 kq), Abdulhaqq Rəsullu (81 kq), Məmmədəli Mehdiyev (81 kq) və Əlixan Həsənov (100 kq) təmsil edəcək.

Gənc cüdoçularımız çempionatda məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərlikləri altında mübarizə aparacaqlar.

AzNews.az