Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinə yekun vurulacaq. Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinə yekun vurulacaq.

Yığmamızın Portuqaliya sınağı

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinə yekun vurulacaq.



Apasport.az saytının məlumatına görə, 8-ci qrupda mübarizə aparan Azərbaycan millisi də son qarşılaşmasını keçirəcək.

Son matçını səfərdə oynayacaq komandamız keçirdiyi bütün oyunlarda qalib gəlib, 1-ci yeri təmin edən Portuqaliya millisinin qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Bernard Lippertin yetirmələri görüşdə 1 xal qazansa, onda qrupda 4-cü olacaq. Məğlub olduğu təqdirdə isə komandamızın sonuncu olmaması ilə nəticələnə bilər. Bunun üçün daha tez başlayan qarşılaşmada Makedoniya qalib gəlməməlidir. Balkanlılar isə 2-ci olan İsrailin qonağı olacaq.

AzNews.az