- Köhnə - İdman
- 17 Sentyabr 2012 12:39
- 2 972
Qurban Qurbanov istefa verdi
"Qarabağ" rəhbərliyi baş məşqçinin istefasını qəbul etməyib
Ötən gün Premyer Liqanın 5-ci turu çərçivəsində səfərdə keçirilən AZAL-la qarşılaşmada klub tarixinin ən ağır məğlubiyyətini yaşayan Ağdam təmsilçisinin çalışdırıcısı Qurban Qurbanov mətbuat konfransında istefa qərarını açıqlayıb.
Anspress-in məlumatına görə, bununla belə rəhbərlik onun istefasını qəbul etməyib. Xatırladaq ki, "Qarabağ" AZAL-la qarşılaşmada 2:6 hesabı ilə məğlub olmuşdu.
AzNews.az