UEFA-nın prezidenti Mişel Platini maraqlı fikirləri ilə yenidən diqqəti cəlb edib. UEFA-nın prezidenti Mişel Platini maraqlı fikirləri ilə yenidən diqqəti cəlb edib.

“Qızıl top” Almaniya millisinin oyunçusuna veriləcək - Platini

UEFA-nın prezidenti Mişel Platini maraqlı fikirləri ilə yenidən diqqəti cəlb edib.



AzNews.az xəbər verir ki, Mişel Platini bu il "Qızıl top" mükafatını Kriştiano Ronaldo və Lionel Messinin yox, Almaniya millisinin üzvünün qazanmalı olduğunu bildirib.
M.Platini qeyd edib ki, böyük ehtimalla, bu il "Qızıl top" mükafatı dünya çempionu olan komandanın üzvünə veriləcək.

"Yəni, bu dəfə dünyanın ən yaxşısı almaniyalı futbolçu seçilməlidir. 2010-cu ilədək bu, hər zaman belə olub. Həmin il "Qızıl top"u dünya çempionu olmasa da, Messi qazandı. Lakin bu dəfə belə olmamalıdır. İstənilən halda Ronaldo və Messi dünyanın ən yaxşı futbolçularıdır. Buna heç kəsin şübhəsi yoxdur", - deyə Mişel Platini vurğulayıb.
Qeyd edək ki, ötən il "Qızıl top" mükafatına Portuqaliya yığmasının və "Real Madrid" klubunun hücumçusu Kriştiano Ronaldo layiq görülüb.