Bu gün Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək ANS PRESS-in məlumatına görə, "Qarabağ" səfərdə meydana çıxacaq. Bu gün Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək ANS PRESS-in məlumatına görə, "Qarabağ" səfərdə meydana çıxacaq.

“Qarabağ“ üçün çətin imtahan

Bu gün Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək ANS PRESS-in məlumatına görə, "Qarabağ" səfərdə meydana çıxacaq.



Azərbaycan çempionunun rəqibi "Dnepr" olacaq. Kiyevdəki "Olimpiya" stadionunda keçiriləcək matçı çexiyalı FIFA referisi Libor Kovarik idarə edəcək. Matçın start fiti Bakı vaxtı ilə saat 00.05-də çalınacaq.

Qeyd edək ki, "Qarabağ" bundan əvvəl qrup mərhələsində iki oyun keçirib. "Sent-Etyen"lə (Fransa) Bakıda heç-heçə oynayan (0:0) Azərbaycan çempionu Milanda "İnter"ə yenilib (0:2).

Turun bir oyunu dünən keçirilib. Polşa "Legia"sı Ukraynada "Metallist"ə 1:0 hesabı ilə qalib gəlib. Bu gün qitə arenalarında 23 qarşılaşma baş tutacaq.

"Qarabağ"ın "Dnepr"in qonağı olacağı gecədə F qrupunda daha bir matç baş tutacaq. Ötən tur Azərbaycan çempionunu 2:0 hesabı ilə yenən "İnter" Bakı səfərindən bir xalla dönən (0:0) "Sent-Etyen"i qəbul edəcək.

Türkiyənin "Beşiktaş" klubu səfərdə meydana çıxacaq. İstanbul klubu "Neftçi"ni pley-off mərhələsində mübarizədən kənarlaşdıran "Partizan"la qarşılaşacaq. "Trabzonspor" isə Belçika "Lokeren"ini qəbul edəcək.

Avropa Liqası
Qrup mərhələsi
III tur, 23 oktyabr

A qrupu
00.05 Vilyarreal (İspaniya) - Sürix (İsveçrə)
00.05 Borussiya (Münhenqladbax, Almaniya) - Apollon (Cənubi Kipr)

B qrupu
00.05 Torino (İtaliya) - HİK (Finlandiya)
00.05 Brügge (Belçika) - Kopenhagen (Danimarka)

C qrupu
00.05 Partizan (Serbiya) - Beşiktaş (Türkiyə)
00.05 Tottenhem (İngiltərə) - Asteras (Yunanıstan)

D qrupu
00.05 Zalsburq (Avstriya) - Dinamo (Zaqreb, Xorvatiya)
00.05 Seltik (Şotlandiya) - Astra (Rumıniya)

E qrupu
00.05 PSV (Hollandiya) - Panatinaikos (Yunanıstan)
00.05 Estoril (Portuqaliya) - Dinamo (Moskva, Rusiya)

F qrupu
00.05 Dnepr (Ukrayna) - Qarabağ (Azərbaycan)
00.05 İnter (İtaliya) - Sent-Etyen (Fransa)

G qrupu
22.00 Riyeka (Xorvatiya) - Feyenoord (Hollandiya)
22.00 Standard (Belçika) - Sevilya (İspaniya)

H qrupu
21.00 Krasnodar (Rusiya) - Volfsburq (Almaniya)
22.00 Lill (Fransa) - Everton (İngiltərə)

İ qrupu
22.00 Yanq Boyz (İsveçrə) - Napoli (İtaliya)
22.00 Slovan (Slovakiya) - Sparta (Çexiya)

J qrupu
22.00 Olborq (Danimarka) - Dinamo (Kiyev, Ukrayna)
22.00 Styaua (Rumıniya) - Riu Ave (Portuqaliya)

K qrupu
22.00 Dinamo (Minsk, Belarus) - Genqam Fransa)
22.00 PAOK (Yunanıstan) - Fiorentina (İtaliya)

L qrupu
22.00 Trabzonspor (Türkiyə) - Lokeren (Belçika)

Metallist (Ukrayna) - Legia (Polşa) 0.1
Qol. Duda, 28.