- Köhnə - İdman
- 25 Oktyabr 2014 21:05
- 2 824
"Barselona" futbolçuları Madriddə uduzdu - VİDEO
Futbol üzrə İspaniya La Liqasında 9-cu turun oyunları keçirilir.
AzNews.az xəbər verir ki, ən maraqlı matç Madrid şəhərində baş tutub. Bu dəfə əzəli rəqiblər olan "Real Madrid" və "Barselona" üz-üzə gəlib. Oyunda ilk sevinən tərəf 3-cü dəqiqədə kataloniyalılar olub.
Kasilyasın qapısına erkən qolu braziliyalı hücumçu Neymar vurub. Sonrakı qollar isə yerli komandanın oyunçularının adına yazılıb. Kriştiano Ronaldo (35-ci dəqiqə, penalti), Pepe (50-ci dəq.) və Kərim Benzema (61-ci dəq.) "Barselona"nı məyus etdi:3-1.