Azərbaycanda Qarabağla bağlı yeni təşkilat yaranır. AzNews.az xəbər verir ki, Qarabağ Azadlıq Hərəkatı (QAH) adlanacaq bu təşkilatı “Qarabağ” futbol klubuna dəstək qrupunu yaradan bir neçə tanınmış jurnalist təsis edir. Azərbaycanda Qarabağla bağlı yeni təşkilat yaranır. AzNews.az xəbər verir ki, Qarabağ Azadlıq Hərəkatı (QAH) adlanacaq bu təşkilatı “Qarabağ” futbol klubuna dəstək qrupunu yaradan bir neçə tanınmış jurnalist təsis edir.

Qarabağla bağlı yeni təşkilat yaranır – QAT-a alternativ

Azərbaycanda Qarabağla bağlı yeni təşkilat yaranır. AzNews.az xəbər verir ki, Qarabağ Azadlıq Hərəkatı (QAH) adlanacaq bu təşkilatı “Qarabağ” futbol klubuna dəstək qrupunu yaradan bir neçə tanınmış jurnalist təsis edir.

Məlumata görə, təşkilatın vəzifəsi təkcə sözü gedən futbol klubunu dəstəkləmək deyil, ümumiyyətlə, işğal olunmuş ərazilərlə bağlı fəaliyyət göstəməkdir.

Qeyd edək ki, fəaliyyəti bütövlükdə Qarabağla bağlı olan Qarabağ Azadlıq Təşkilatı (QAT) adlı qurum var. Lakin bu qurumun son zamanlar fəaliyyətinin hiss olunmaması və bu təşkilat barədə cəmiyyətdə birmənalı fikrin olmaması yeni təşkilatın yaradılmasını zəruri edib.

Azər
AzNews.az