“Xəzər Lənkəran“a yeni baş məşqçi

"Xəzər Lənkəran"da Oğuz Çətinin istefasından sonra vakant qalan baş məşqçi kreslosu sahibini tapıb.

ANS PRESS-in məlumatına görə, Cənub klubunun rəhbərliyi bu vəzifəni əvəzedici heyətin baş məşqçisi Elbrus Məmmədova həvalə edib.

Bu arada Elnur Abdullayev "Xəzər Lənkəran"dan ayrılıb. Cənubluların aparıcı futbolçusunun müqavilə müddəti başa çatdıqdan sonra onunla anlaşmanı artırmamaq qərara alınıb.

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi 2011-ci ildən "Xəzər Lənkəran"ın şərəfini qoruyurdu.