“Fənərbaxça“ qələbə qazandı, “Liverpul“ məğlub oldu

Bu gün Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ÇL-dən fərqli olaraq Avroliqada bütün görüşlər eyni gündə baş tutub. Bu axşam "Neftçi"nin qrupu ilə yanaşı, digər 11 qrupda da ikinci oyunlar keçirilib. Ümumilikdə 24 qarşılaşma baş tutacaq ki, bunlar arasında bir sıra maraqlı görüşlər var idi. Azərbaycan futbolsevərlərinin diqqəti bu dəfə Almaniyaya yönəlib.

Burada yerli "Borusiya" (Münhenqladbax) klubu Türkiyənin "Fənərbaxça" komandasını qəbul edib. İlk görüşündə "Marsel"lə 2:2 bərabərə qalan İstanbul təmsilçisinin bu oyundan hansı nəticə ilə ayrılacağı böyük maraq doğururdu. Lakin "Fənərbaxça" klubu rəqibini 4:2 hesabı ilə məğlub etməyi bacarıb. Qeyd edək ki, Avroliqanın qrup mərhələsində növbəti görüşlər oktyabrın 25-də keçiriləcək.

AzNews.az