ABŞ Rusiya neftinə qarşı sanksiyaları bərpa edir?

ABŞ tərəfindən Rusiya neftinin tədarükü üçün verilən lisenziyanın müddəti mayın 16-da bitir.

Bu barədə AzNews.az Oxu.Az-a istinadən məlumat verir.

Aprelin 17-də ABŞ Maliyyə Nazirliyi 17 aprel tarixinə dənizdəki tankerlərdə olan Rusiya nefti və neft məhsulları ilə bağlı əməliyyatlar üçün ikinci icazə vermişdi.

Sənəd 16 may yerli vaxtla saat 00:01-ə qədər qüvvədə olub. Buna qədər Rusiya nefti mart ayında sanksiyalardan azad edilmişdi.

Mayın 14-də "Bloomberg" mənbələrə istinadən bildirmişdi ki, Hindistan ABŞ-yə müraciət edib və mayın 16-da bitəcək olan Rusiya neftinin satışına icazənin müddətini uzatmağı xahiş edib.