Kontenin cəzasında “endirim”

İtaliya məhkəməsi "Yuventus"un baş məşqçisi Antonia Konteyə "danışılmış oyunları bilib, lakin gizli saxlayıb" ittihamı ilə verilən "10 aylıq futboldan kənar" cəzasının müddətini azaldıb.

AzNews.az Ntvspor.net-ə istinadən xəbər verir ki, Avqust ayında İtaliya Futbol Federasiyasının əlaqədar orqanlarına 2010-2011-ci il mövsümündə "Siena"nın baş məşqçisi olarkən, danışılmış oyunlardan xəbərdar olmasına rəğmən xəbər vermədiyinə görə, "10 ay futboldan kənar" cəzasının müddəti 4 aya endirilib.

Buna görə də Konte, 9 yanvarda baş tutacaq İtaliya çempionatının 16-cı turunda "Palerma"-"Yuventus" qarşılaşmasında komandasının başında olacaq.

Elman Bakuvi
AzNews.az