Arsen Venger: “Endi Karol yaxşı oyunçudur, amma...”

Bu tur İngiltərə Premyer Liqasında "Arsenal"ın "Vest Xem"lə qarşılaşacaq. AzNews.az Goal.com-a istinadən xəbər verir ki, oyun öncəsi mətbuat konfransı keçirən topçuların baş məşqçisi Arsen Venger, oyun haqqında məlumatlar verib. Xüsusi ilə də rəqibin hücumçusu Endi Karol haqqında danışan təcrübəli məşqçi onun üçün xüsusi taktika hazırlamadığını deyib.

"Karol istedadlı oyunçudur. Mövsümə yaxşı başladı və "Nyukasl"da oynadığı futbolu oynamaq üzrədi. Komandasını arcasına alıb. Ancaq biz öz oyunumuza baxacağıq", - Venger belə deyib.

Xatırladaq ki, "Arsenal"- "Vest Xem" oyunu bu gün, Bakı vaxtı ilə 20:30-da baş tutacaq.

Elman Bakuvi
AzNews.az