Püşk atıldı – “Bakı-2015”

“Bakı-2015” ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə qitənin 8 ölkəsinin millisi mübarizə aparacaq.


AzNews.az xəbər verir ki, bu barədə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Çimərlik futbolu üzrə püşk atma mərasiminə həsr olunmuş mətbuat konfrasında məlumat verib.

Məlumata görə, çimərlik futbolu üzrə yarışacaq ölkələr Azərbaycan, Rusiya, İspaniya, Portuqaliya, İsveçrə, İtaliya, Ukrayna və Macarıstandır.

Yığmamız A qrupunda Portuqaliya, İsveçrə və Ukrayna ilə mübarizə aparacaq. B qrupunda isə Rusiya, İspaniya, İtaliya və Macarıstan qərarlaşıb.