Məşhur məşqçi Qətər klubunda

Mərakeş yığmasından istefa verən Erik Geretsin yeni iş yeri müəyyənləşib. AzNews.az Fanat.az-a istinadən xəbər verir ki, belçikalı mütəxəssis karyerasını Qətər çempionatında davam etdirəcək. Belə ki, o, Qətərin "Lekviya" klubu ilə anlaşıb. Klub rəhbərliyinin Geretsi yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyi deyilir.

Qeyd edək ki, 2010-2012-ci illərdə Mərakeş millisini çalışdıran 58 yaşlı mütəxəssis əvvəllər Belçikanın "Liege", "Lierse", "Brügge", Hollandiyanın PSV, Almaniyanın "Kayzerslautern", "Volfsburq", Türkiyənin "Qalatasaray", Fransanın "Olimpik" (Marsel) və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klublarına başçılıq edib.

Elman Bakuvi
AzNews.az