- Köhnə - İdman
- 13 May 2015 12:02
- 2 047
“Real“ bu gün “Yuventus“u sınağa çəkəcək - Çempionlar Liqası
Bu gün futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir cavab qarşılaşması keçiriləcək.
AzNews.az xəbər verir ki, İspaniyada baş tutacaq oyunda digər yarımfinalçının adı məlum olacaq.
Madrid "Real"ı "Santyaqo Bernabeu"da "Yuventus"u qəbul edəcək. İlk oyunda rəqibinə 2:1 hesabı ilə qalib gələn Turin klubu səfərdə bu üstünlüyünü qorumaqla finala can atacaq.
Qeyd edək ki, dünən keçirilən "Bavariya"-"Barselona" matçında meydan sahibləri 3-2 hesablı qələbə qazanıb, ancaq finala "Barselona" adlayıb. Çünki bu komanda ilk oyunda 3-0 hesabı ilə rəqibinə qalib gəlmişdi.
13 may
Çempionlar Liqası, yarımfinal cavab oyunu
23:45. "Real" - "Yuventus"
İlk oyun: (1:2)