- Köhnə - İdman
- 18 May 2015 11:08
- 2 473
Kanada Rusiyanı darmadağın etdi və çempion oldu - VİDEO
Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən xokkey üzrə dünya çempionatının finalında Kanada xokkeyçiləri Rusiya idmançıları ilə üz-üzə gəlib.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "korrespondent" saytı yayıb.
Məlumata görə, finalda kanadalılar daha yaxşı oyun göstərərək rusiyalıların qapısından 6 şayba keçirib və 25-ci dəfə dünya çempionu olub.
Rusiyanın gücü isə yalnız bir şaybaya çatıb. Bu sevinc hissini Malkin yaşayıb.
Kanadada isə Kodi İkin, Ennis, Krosbi, Seqin, Jira və Makkinnon fərqlənib.
Turnirdə 3-cü yer ABŞ-a qismət olub. Onlar həlledici görüşdə yerli Çexiya komandasını 3-0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turnir ərəfəsində stadiona 740 mindən çox tamaşaçı gəlib. Bu, dünya çempionatı üçün rekord göstərici hesab edilir.
Kanada – Rusiya (1:0, 3:0, 2:1).