- Köhnə - İdman
- 28 May 2015 15:30
- 1 766
UEFA FİFA-nı boykotla hədələdi
UEFA rəhbərliyi FİFA-dan mayın 29-a keçirilməsi planlaşdırılan prezident seçkilərini təxirə salmağı tələb edib.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, UEFA tərəfindən FİFA-nın keçirəcəyi seçki boykot olunacaq. Bu barədə açıqlama ilə UEFA-nın baş katibi Canni İnfantino çıxış edib.
Qeyd edək ki, UEFA-nın belə bir tələb irəli sürməsinə səbəb FİFA-da baş verən rüşvət qalmaqalı və 6 məmurun həbs olunmasıdır.
FİFA-nın prezident seçkilərində Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparacaq.