- Köhnə - İdman
- 29 May 2015 13:34
- 2 459
Çingiz Abdullayevdən kubok açıqlaması: “Qəbələdə matçı qazanacağıq”
Xəbər verildiyi kimi, dünən futbol üzrə Azərbaycan Premyer Liqasının sonuncu turu çərçivəsində “Neftçi” AZAL-ı qəbul edib. Qarşılama 1:1 hesabı ilə başa çatıb.
AzNews.az xəbər verir ki, matçdan sonra "ağ-qaralar"ın Müşahidə Şurasının sədri Çingiz Abdullayev jurnalistlərin suallarını cavablandırıb:
"Cari mövsümü uğurlu hesab edə bilərik, çünki kubokun finalına vəsiqə qazanmışıq. İnanıram ki, Qəbələdə kubok matçını qazanacağıq. Buna inanıram. İnam olmasaydı, final matçına getməzdik. Komandamızda kifayət qədər gənc futbolçular var. Düzdür, bəzi çətinliklər var, bəzi futbolçuların müqavilə müddəti başa çatır. Müəyyən dəyişikliklər edirik. Təbii ki, biz də istəyirik ki, müəyyən dönüşlər olsun, avrokuboklarda uğur qazanaq. Gənc futbolçularmızın necə yaxşı oynamağının şahidi oldunuz. Mən inanıram ki, komandamızın gələcəyi var".