İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarına qatılacaq Olimpiya və dünya çempionlarının sayı açıqlanıb. İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarına qatılacaq Olimpiya və dünya çempionlarının sayı açıqlanıb.

Bakıya 59 Olimpiya, 200 dünya çempionu gəlir

İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarına qatılacaq Olimpiya və dünya çempionlarının sayı açıqlanıb.


AzNews.az xəbər verir ki, "Bakı-2015"də mübarizə aparacaq 6000 atletdən 150-si Olimpiadanın mükafatçısıdır. Onlar arasında 4 ildən bir keçirilən möhtəşəm yarışın qalibləri üstünlük təşkil edir. Belə ki, 150 Olimpiya mükafatçısından 59-u çempionlardır.

Bununla yanaşı, paytaxtımıza kifayət qədər dünya çempionatlarının mükafatçısı gələcək ki, onlardan da təxminən 200-ü mundialın baş mükafatının sahibləridir.

Qeyd edək ki, I Avropa Oyunları 20 idman növü üzrə keçiriləcək və bunlardan 12-si "Rio-2016"ya lisenziya və ya lisenziya xalı verəcək.