FIFA rəsmisi 2026-cı il dünya çempionatına ev sahibliyi ilə bağlı səsverməni təxirə salacaq. FIFA rəsmisi 2026-cı il dünya çempionatına ev sahibliyi ilə bağlı səsverməni təxirə salacaq.

FIFA səsverməni təxirə salır

FIFA rəsmisi 2026-cı il dünya çempionatına ev sahibliyi ilə bağlı səsverməni təxirə salacaq.


Bu 2018-2022-ci il çempionatları ətrafındakı qalmaqalla bağlıdır.

FİFA-nın baş katibi Jerome Valcke Rusiyanın Samara şəhərində keçirdiyi mətbuat konfransında bildirib ki, indiki şəraitdə bunu keçirmək mənasızdır.

Səsvermə 2017-ci ildə Kaula Lumpurda keçirilməli idi.

2010-cu ildə Rusiya ilə Qətər 2018-2022-ci illərdə keçiriləcək çempionatlara ev sahibi seçiliblər.

Amma İsveçrə prokurorluğunun bu məsələdə pozuntulara yol verilməsi ilə bağlı istintaqa başlaması məsələni əngəlləyib.

Qeyd edək ki,bu yaxınlarda FİFA-nın bir sıra indiki və keçmiş üzvləri korrupsiya ittihamı ilə həbs edildi və təşkilatın keçmiş prezidenti Sepp Blatter mayın 29-da 5-ci müddətə seçilsə də buna görə istefa verməli oldu.

Valcke Samaraya 2018-cil çempionatına hazırlıq işləri ilə tanış olmaq üçün gedib.