İyunun 25-də birinci Avropa Oyunlarının qılıncoynatma yarışlarında daha iki dəst medalın sahibləri müəyyənləşəcək. İyunun 25-də birinci Avropa Oyunlarının qılıncoynatma yarışlarında daha iki dəst medalın sahibləri müəyyənləşəcək.

“Bakı-2015”: Qılıncoynatma – CANLI YAYIM

İyunun 25-də birinci Avropa Oyunlarının qılıncoynatma yarışlarında daha iki dəst medalın sahibləri müəyyənləşəcək.


AzNews.az xəbər verir ki, yarışların üçüncü günündə kişilər arasında rapira, qadınlar arasında sablya ilə fərdi yarışlarda mükafatçılar müəyyənləşəcək.

Kişilər arasında rapira ilə fərdi yarışda Azərbaycan təmsil olunmur. Qılıncoynatma üzrə fərdi yarışların son günündə dörd qadın sablyaçımız mübarizə aparacaq.

Qadınlar arasında sablya növü üzrə fərdi yarışlarda 36 idmançı 6 qrupda mübarizəyə başlayacaq.

Azərbaycan qılıncoynadanlarından Sevinc Bunyadova "A", Fatimə İbrahimova "D", Səbina Mikina "E", Sevil Bunyadova "F" qrupunda qüvvələrini sınayacaqlar.