I Avropa Oyunları İsrail mətbuatında: "Bu, tolerantlığın zirvəsidir"

İsrailin məşhur "Times of İsrael” qəzetinin yazarı İsrail Barok tarixdə ilk dəfə Bakıda keçirilən Avropa Oyunları barədə yazı yazıb. Ann.az həmin məqaləni təqdim edib:

Azərbaycanda ilk dəfə keçirilən Avropa Oyunları 12 İyunda başlayıb həftənin sonunadək davam etdi və İsrailin tarixində ən böyük idman nümayəndə heyətini iştirak etmək üçün tədbirə yollaması təsadüfi deyil. 142 israilli yarışçı bütün yəhudilər üçün qapıları açıq və təhlükəsiz olan, əksəriyyəti müsəlmanların təşkil etdiyi Azərbaycan Respublikasının paytaxtı Bakıdan zövq alırlar. Bakıda hazırda 50 ölkədən olan 6000-dən çox atlet 20 idman kateqoriyasında mübarizə aparır. İsrail güləş və bədii gimnasitakada xüsusilə uğurla çıxış etdi. İsrailin yarışda rekord sayda idmançı ilə təmsil olunması Azərbaycanla İsrailin min illər ərzində mövcud olan dostluğunun və Azərbaycanın uzun əsrlik qədim dini inanc sisteminin, multikulturalizm ənənələrinin və daxili dini harmoniyasının göstəricisidir.

Ancaq son həftələrdə Azərbaycanı və Oyunları gözdən salmaq üçün qlobal miqyasda kampaniya aparıldı.

Azərbaycan İsrail kimi öz təhlükəsizliyini, xalqın birliyini və investisiyaları mühafizə etmək üçün addımlar ata bilər, bununla da qısaca ifadə etsək, mürəkkəb qərarlar çıxardığından ac və acıqlı medianın hücumlarından ziyan çəkə bilər.

Bəzi media orqanları Oyunların açılış mərasiminə Avropa liderlərinin qatılmamasını mühakimə üçün əsas yaratdığını hesab etdilər, ancaq tədbirin açılışında müxtəlif ölkə və dövlət başçıları, ulduzlar, aktivistlər iştirak edirdi, Oyunlara hər gün 30000-dən çox insan baxırdı. Azərbaycan anlaşılmazlıqla üzləşdi və İsrail kimi dünyanın gözlərində identifikasiyanın və etimadın itirilməsinə yönəlmiş propaqanda maşınının qəddarlığına məruz qaldı.

İki xalq məqsədyönlü media kampaniyasına məruz qalmağın stresini və gərginliyini paylaşırlar, ancaq mən o mənada rahatam ki, çoxları mətbuatın İsrailə qarşı qeyri-obyektivliyinin fərqindədir, ən azından onlar arqumentləri eşidiblər. Hesab edirəm ki, İsrailin dünyada saxta ittihamları geri oturda biləcək müəyyən sayda dəstəkçisinin olduğuna görə bəxti gətirib. Azərbaycanı isə dəstəkləyən azdır, yeganə səbəb də odur ki, o yetərincə tanınmayıb və müsəlman ölkəsidir, baxmayaraq ki, Azərbaycan daimi risk alaraq, ekstremizmə qarşı İsrail və ABŞ-ın müttəfiqi kimi mübarizə aparır. Amerikanın İsraili dəstəkləməsi nə qədər vacib idisə, İsrailin də açıq və güclü şəkildə Azərbaycanı, Qafqazdakı sekulyar, proqressiv və çiçəklənən müttəfiqini dəstəkləməsi o qədər vacibdir.

Mən İsrailli bacı-qardaşlarımın Avropa Oyunlarında təkcə təhlükəsizlikdə olmasını, bu oyunlara daxil edilməsini deyil, həmçinin ürəkdən gələn qonaqpərvərliklə qarşılanmasını alqışlayır və qiymətləndirirəm, idmançılarımız artıq qazandıqları 8 medalla Bakının küçələrində gəzirlər. Avropa Oyunları İsrailə həqiqi yaxın dostun torpağında gündəlik ekstremizmdən və bütün dünyadan gələn mətbuat hücumlarından dincəlmək üçün bir fürsət oldu. Azərbaycanın cəsurluğu bu balaca Qafqaz ölkəsinin təkcə regiondakı, daha böyük coğrafi miqyasdakı roluyla, həmçinin sülhpərvərliyilə və İsraillə münasibətlərilə yekunlaşmır, bu çox daha mürəkkəb məsələdir. Azərbaycan dünyada Rusiya və İranla həmsərhəd olan yeganə ölkədir, bu da ölkəni qlobal strateji mövqeyə sahib edir. Azərbaycan özünün böyük enerji resurları ilə Avropaya təbii qaz nəqlini təklif edir və geo-strateji mövqedə yerləşməsi səbəbindən Avropa, Qafqaz və Mərkəzi Asiya arasında beynəlxaq iqtisadi dəyişikliklərin baş verə biləcəyinə rəvac verir. Azərbaycan həmçinin beynəlxaql terrorizmlə mübarizədə vacib əməkdaşdır. ABŞ Dövlət Departamentinin sonuncu hesabatında Azərbaycan kontr-terrorizm sahəsində terrorçuluğa, ekstremizmə və beynəlxaq pul yuyulmalarına qarşı mübarizədə vacib müttəfiq kimi göstərilir və ölkənin ABŞ və NATO-yla davamlı uğurlu əməkdaşlığı alqışlanır.

Anlamaq çətin deyil ki,bəzi qüvvələr üçün İsrailin mövcud olması nə qədər vacibdirsə, Azərbaycanın rolu da o qədər vacibdir. Qərbdən və İsraildən gözlənilən isə bu vacib müttəfiqin geniş miqyaslı tanınması və təhlükəsizliyinə və güclü olmasına dəstək verməkdir.

142 israilli atlet üçün və televiziyada oyunları izləmək şansı qazananlar üçün İsrailin Avropa Oyunlarında iştirak etməsi çox əhəmiyyətlidir və bu, nəyin mümkün olduğunu göstərir. Bu arzunun Müsəlman ölkəsində reallaşmasını görmək isə istisna səviyyədə hadisədir və bunu başa düşənlər üçün isə çox vacib məsələdir. Avropa Oyunları tarixində və media kampaniyasın arxasında görünən ən möhtəşəm şey isə heç idman da deyil, iki xalqın dost kimi birliyi, ümid və tolerantlıq anlayışının təqdimatıdır.

(blogs.timesofisrael.com)