- Köhnə - İdman
- 25 İyul 2015 22:05
- 2 716
“Xəzər-Lənkəran“ qalib gəldi

Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər-Lənkəran" futbol klubu hazırlıq prosesi çərçivəsində daha bir yoxlama oyunu keçirib.
AzNews.az-ın məlumatına görə, Türkiyənin üçüncü liqa təmsilçisi "Dərincəspor" ilə qarşılaşan "Xəzər-Lənkəran" 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Xəzər-Lənkəran" daha əvvəl "Niğdəspor" komandasına 1:0 hesabı ilə qalib gəlib. Komandamız Türkiyə Super Liqasında çıxış edən "Kasımpaşa"ya 0:2 hesabı ilə uduzub, "Kayserispor" ilə isə heç-heçə edib - 1:1.