DÇ-2018: Azərbaycanın rəqibləri bəlli oldu

Bu gün DÇ-2018-in seçmə mərhələsinin əsas püşkatması keçirilib.


AzNews.az-ın Apasport.az saytına istinadən məlumatına görə, tədbir mundiala ev sahibliyi edəcək ölkədə - Rusiyada təşkil olunub.

Sankt-Peterburqun Konstantinovski sarayında baş tutan mərasimdə 5 konfederasiya üzrə püşk atıb. Artıq yarışa start verən Asiya təmsilçiləri istisna təşkil edib.

Azərbaycan millisinin də seçmə mərhələsindəki rəqiblərinə aydınlıq gətirən püşk 52 yığmanı 9 qrupa bölüb. Bunların 7-də 6, 2-də 5 komanda olub. Qrup qalibləri birbaşa mundiala yüksələcəksə, ikinci yerlərin təşkil etdiyi 4 cütlük pley-offda oynayacaq. Ən pis göstəriciyə malik 2-ci yer isə final mərhələsində oynamaq şansını itirəcək.


Avropa zonasında qrupların tərkibi:

A qrupu
Hollandiya, Fransa, İsveç, Bolqarıstan, Belarus, Lüksemburq

B qrupu
Portuqaliya, İsveçrə, Macarıstan, Farer Adaları, Latvia, Andorra

C qrupu
Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç, AZƏRBAYCAN, San Marino

D qrupu
Uels, Avstriya, Serbiya, İrlandiya, Moldova, Gürcüstan

E qrupu
Rumınya, Danimarka, Polşa, Monteneqro, Ermənistan, Qazaxıstan

F qrupu
İngiltərə, Slovakiya, Şotlandiya, Sloveniya, Litva, Malta

G qrupu
İspaniya, İtaliya, Albaniya, İsrael, Makedoniya, Lixteynşteyn

H qrupu
Belçika, Bosniya və Hersoqovina, Yunanıstan, Estoniya, Estoniya, Kipr

İ qrupu
Xorvatiya, İslandiya, Ukrayna, Türkiyə, Finlandiya