- Köhnə - İdman
- 2 Avqust 2015 13:57
- 4 100
Adil Əliyev məşhur idmançını təbrik etdi - Foto

Məşhur kikboksçu Çingiz Allazov Fransanın Marsel şəhərində keçirilən yarışda qələbə qazanıb.
AzNews.az xəbər verir ki, bununla əlaqədar olaraq, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Çingiz Allazovu təbrik edib və idmançı haqqında xoş sözləri bildirib. "Bu günlərdə Fransanın Marsel şəhərində peşəkar kikboks üzrə dəfələrlə dünya və Avropa kəmərinin sahibi,müxtəlif peşəkar turnirlərin sahibi, öz çəki dərəcəsində dünyanın bir nömrəli kikboksçusu, həmyerlimiz Çingiz Allazov iki döyüşün ikinisi də nokautla qələbə qazanıb. Qardaşımızı Azərbaycan adına qazandığı qələbə münasibətilə təbrik edirəm. Ona gələcək yarışlarda uğurlar arzulayıram",-deyə millət vəkili əlavə edib.Elnur Eltürk
