- Köhnə - İdman
- 10 Avqust 2015 14:05
- 3 482
AFFA jurnalist ölümü ilə bağlı bəyanat yaydı

AFFA jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb.
AzNews.az-ın xəbərinə görə, bəyanatda qeyd edilib ki, avqustun 8-də Bakı şəhərində şəxsiyyəti hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilməkdə olan bir qrup şəxs tərəfindən jurnalist Rasim Əliyev fiziki təzyiqə məruz qalaraq ağır bədən xəsarətləri alıb, avqustun 9-da səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) mətbuat nümayəndəsinə qarşı yol verilmiş zorakılığı ölkə futbol ictimaiyyəti adından kəskin şəkildə pisləyir:
"AFFA hüquq-mühafizə orqanları tərəfindən hadisənin günahkarlarının ən qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağına inanır, mərhum jurnalistin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".