- Köhnə - İdman
- 27 Avqust 2015 23:39
- 4 409
AFFA prezidenti: Bu gün futbolda bir ənənəyə çevrilmə hadisəsi baş verdi

"Bu gün Azərbaycan futbolunda bir ənənəyə çevrilmə hadisəsi baş verdi. Bu gün "Qarabağ" ikinci dəfə qrup mərhələsinə vəsiqə qazandı".
AzNews.az Report-a istinadən xəbər verir ki, bunu AFFA prezidenti Rövnəq Abdullayev "Qarabağ"ın İsveçrənin "Young Boys" klubunu məğlub edərək Avropa Liqasının final mərhələsinə çıxmasına münasibət bildirərkən deyib.
"Gözəl oyun oldu. Bu gün, mən deyərdim ki, Azərbaycan futbolunda bir ənənəyə çevrilmə hadisəsi baş verdi. Bu gün "Qarabağ" ikinci dəfə qrup mərhələsinə keçdi. İnanıram ki, "Qəbələ" klubu da, bizi sevindirəcək və biz artıq ikinci böyük tarixi yazacağıq. Bütün futbolsevərləri təbrik edirəm. İnanıram ki, qrup mərhələsində də, gözəl oyun sərgiləyəcəklər".
AFFA prezidenti Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü ilə bağlı da fikir bildirib. O, stadionun ot örtüyünün təcili dəyişdirilməsi ilə bağlı Gənclər və İdman Nazirliyi ilə danışıqlar aparıldığını diqqətə çatdırıb.