"Neftçi"nin keçmiş Mətubat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə klubdan ayrılmasının səbəblərini açıqlayıb. "Neftçi"nin keçmiş Mətubat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə klubdan ayrılmasının səbəblərini açıqlayıb.

Gündüz Abbaszadə: “Dedilər ki, onların cavabını vermirsən”

"Neftçi"nin keçmiş Mətubat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə klubdan ayrılmasının səbəblərini açıqlayıb.



AzNews.az verir ki, G.Abbaszadə klubdan getməsi ilə bağlı bir çox məqamlara aydınlıq gətirib:

"Avqustun 1-dən rəsmən məzuniyyətdə olan birinin işindən narazıdırlar. Maraqlıdır, məzuniyyətdə olan adamın işindən necə narazı olmaq olar. Elnur Məmmədov Braziliyada olduğundan narazılığı mənə Sadıq Sadıqov dönəmindən klubda tanıdığım, Tahir Sülaymanova ən yaxın insanlardan biri olmuş Mübariz Xudiyev demişdi. Mənə deyirdi ki, kluba təzyiqlər var, Tahir Süleymanov, Böyükağa Hacıyev, Elnur Əşrəfoğlu "Neftçi" haqda danışırlar, sən isə onların cavabını vermirsən. Mən isə bildirim ki, haqlı və ya haqsız olsalar belə adı çəkilən insanlara mən cavab verə bilmərəm. Çünki, onlarla uzun müddət bir yerdə işləmişəm, çörək kəsmişik. "Neftçi"də sabah olmayacağıq, amma yoldaşlığımız hər şeydən önəmlidir. Həmin dönəmdə mətbuat azarkeşlə bağlı bəyənata görə də qınamışdı klubu. Mən müəllifi olmadığım bəyənata görə niyə cavab verməli idim?

İllərdir stadionda gördüyüm, 2014-cü ildə şəklini rəsmi facebook səhifəmizdə paylaşdığımız Nurlana necə kənar şəxs deyə bilərdim? Hə bir də, məndən vaxtı ilə "Neftçi"nin fotoqrafı olmuş Bəkir Dəlləkova(Qazaxlı Bəkir) PFL-in verdiyi akkreditasiyanı ləğv etdirmək tələb olunurdu. Hansı əsasla?

Əzizlərim, təbii ki, bunlar bəhanə idi. Əslində mən avqustun 22-də Mübariz Xudiyevlə söhbətimdə istefa vermişdim. Sadəcə, Elnur Məmmədov məndən özünün dönüşünü gözləməyimi istədi. Mən də gözlədim. Dünən görüşdük və... Bitdi. Canımı qanımı verməyə hazır olduğum "Neftçi"dən ayrılmaq çox ağır gəlir mənə. Amma ondan da ağırı yaxınım bildiyim, əlindən tutduğum birinin... nə isə.. "Neftçi"də işlədiyim üçün peşimanam? Xeyr! 2 çempionluq, 2 kubok və Avroliqanın qrupu...niyə peşiman olum ki?".

Qeyd edək ki, 2011-ildən "Neftçi"də çalışıb. Dünən isə klubdan istefa verib.

Nigar