Bu gün futzal üzrə "Avro-2016"nın pley-off mərhələsinin cavab oyunları keçirilib. Bu gün futzal üzrə "Avro-2016"nın pley-off mərhələsinin cavab oyunları keçirilib.

Azərbaycan millisi finalda

Bu gün futzal üzrə "Avro-2016"nın pley-off mərhələsinin cavab oyunları keçirilib.


AzNews.az-ın qol.az-a istinadən məlumatına görə, Azərbaycan millisi səfərdə Slovakiyanın qonağı olub.

Bakıda rəqibini 3:1 hesabı ilə məğlub edən komandamız cavab görüşündə bu üstünlüyünü qorumağa çalışıb. Yığmamız ilk hissədə hesabı açsa da, fasilədən sonra üstünlüyünü əldən verib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə milli komandamız Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin oyunları gələn il, 2-13 fevral tarixində Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək.