Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Anderlext" matçından sonra metronun daha gec bağlanması ilə bağlı klubun müraciətinə müsbət cavab verib. Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Anderlext" matçından sonra metronun daha gec bağlanması ilə bağlı klubun müraciətinə müsbət cavab verib.

Metropolitendən “Qarabağ”ın müraciətinə - Cavab

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Anderlext" matçından sonra metronun daha gec bağlanması ilə bağlı klubun müraciətinə müsbət cavab verib.


Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev AzNews.az-a açıqlamasında bildirib ki, klubun müraciətinə görə Bakı Metropoliteni gecə saat 01:00-dək açıq olacaq: "Təhlükəsizlik tədbirləri ilə əlaqədar "Gənclik" stansiyasında giriş nizamlanacaq. Sərnişinlərdən sıxlıq yaranmaması üçün "28 May" və ya "Nəriman Nərimanov"dan da istifadə etmələrini xahiş edirik. Çünki metropolitenin bütün stansiyaları saat 01:00-dək açıq olacaq. Amma yenə də vaxtın uzadılmasını nəzərə alaraq böyük sıxlıq yaratmasınlar".

Qeyd edək ki, "Qarabağ" - "Anderlext" matçı sabah saat 22:00-da başlayıb gecə 00:00-da bitəcək. Bu səbəbdən klub metronun işləmə vaxtının gecə saat 1-ə qədər uzadılması ilə bağlı quruma müraciət edib.

Sevinc Yasinqızı
AzNews.az