Azərbaycan-İtaliya matçını izləyəcək azarkeşlərə şad xəbər

10 oktyabr 2015-ci il tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-İtaliya futbol matçı ərəfəsində 21:30-dan etibarən azarkeşlərin rahat və maneəsiz şəkildə daşınması üçün Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti və “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC tərəfindən xüsusi marşrut avtobusları ayrılıb.

Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzin-dən AzNews.az-a daxil olan məlumata görə, azarkeşlər müəyyən olunmuş ərazilərdən ekspress avtobuslarla rahat şəkildə stadiona gələ və eyni zamanda geri qayıda biləcəklər.

Məlumata əsasən, şəhərətrafı marşrut xətləri üzrə stadiona gəlmək üçün 40, şəhərdaxili marşrut xətləri üzrə 120 avtobus ayrılıb

Ehtiyac yaranarsa, əlavə ehtiyat 20 avtobus sərnişinlərə xidmət göstərəcək.